Cəmiyyət

Azərbaycanda ÜDM 1,2 faiz artdı

9 Sentyabr 2026 11:53
Baxış: 217
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 87 milyard 709,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə ölkədə istehsal olunan ÜDM-in həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb.

Yanvar-avqust aylarında neft-qaz sektorunda 26 milyard 181,9 milyon manatlıq ÜDM istehsal edilib. Bu, illik müqayisədə 0,8 faiz azdır.

Qeyri-neft-qaz sektorunda isə ÜDM istehsalı 61 milyard 527,6 milyon manat təşkil edib. Bu sahədə illik artım 2,1 faiz olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.