Azərbaycanda ÜDM 1,2 faiz artdı

9 Sentyabr 2026 11:53

Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 87 milyard 709,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə ölkədə istehsal olunan ÜDM-in həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb.

Yanvar-avqust aylarında neft-qaz sektorunda 26 milyard 181,9 milyon manatlıq ÜDM istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz azdır.

Qeyri-neft-qaz sektorunda isə ÜDM istehsalı 61 milyard 527,6 milyon manat təşkil edib. Bu sahədə illik artım 2,1 faiz olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)