Siyasət

TASS Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivlərinə dair mətbuat konfransı keçirib - VİDEO

28 May 2020 21:04
Baxış: 1 132

Bu gün TASS-da Rusiya və Azərbaycan arasında münasibətlərin inkişaf perspektivlərinə həsr olunmuş videoformatında mətbuat konfransı keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdə Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko, Azərbaycan Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Dövlət Dumasının Beynəlxalq İşlər üzrə Komitəsinin sədri Leonid Slutski, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Rusiya Dövlət Humanitar Elmlər Universitetinin prezidenti, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti, REA-nın müxbir üzvü Efim Pivovar iştirak edib.

Mətbuat konfransının moderatoru TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman idi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.