ABŞ-ın Las Veqas, Honolulu, San Dieqo və Monterey şəhərlərində “Azərbaycan Milli Günü” elan edilib - FOTO
ABŞ-ın Las Veqas, Honolulu, San Dieqo və Monterey şəhərləri 28 may tarixini "Azərbaycan Milli Günü" elan ediblər. Bununla bağlı Las Veqas, Honolulu və Monterey şəhərlərinin merləri, San Dieqo Şəhər Şurası, eləcə də San Dieqo Vilayətinin Məşvərətçilər Şurası tərəfindən müvafiq bəyannamələr imzalanıb.
Milli.Az xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, göndərilmiş bəyannamələrdə Azərbaycan xalqının 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.
Sənədlərdə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.
Bəyannamələrdə, həmçinin, ABŞ daxil olmaqla, bütün dünyada yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Azərbaycanın Milli Bayramı kimi qeyd edərək, öz əcdadlarının ətraf regionlarda, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı bildirilir.
Bəyannamələrin sonunda 28 may tarixi Las Veqas (Nevada ştatının ən böyük şəhəri), Honolulu (Havay ştatının paytaxtı), San Dieqo (Kaliforniya ştatının ikinci ən böyük şəhəri) və Monterey (Kaliforniya ştatı) şəhərlərində "Azərbaycan Milli Günü" elan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət edilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü
-
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik
-
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
-
Azərbaycan ATƏT-də Ermənistanla bağlı mühüm çağırış etdi - (Video)
-
Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Fazil Məmmədov nazir müavini təyin edildi
-
Xaçmazda inzibati ərazi dairələri üzrə nümayəndəliklərə yeni təyinatlar olub - (Foto)
-
"Yeşilçam" ulduzunun son halı təəccübləndirdi: Sığınacaqda yaşayır - (Foto)
-
Xaçmazda iki məktəbli qardaşı maşın vurdu
-
İrkutskda naməlum xəstəlikdən ölüm: ÜST-dən açıqlama
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı - (Yenilənib)
-
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
-
Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
-
Kənd yumurtası bahalaşdı - (Video)
-
AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi
-
“Flydubai” təyyarəsi vurula bilərdi - İsrailin planı
-
Yenicə toyu olan Afət Rahilqızının səhhəti pisləşdi - (Video)
-
Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib - (Foto)
-
Ələtdə torpaq 50 faiz bahalaşıb - Qiymətlər niyə artır?
-
1870 tələbə ödənişsiz təhsil alacaq - DİM-dən açıqlama
-
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü
-
Papanın qaradərili şəxsin əlini havada qoyması müzakirə yaratdı - (Video)
-
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik
-
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
-
Sumqayıtda tikilidə yanğın başladı
-
Daha bir ölkə “Avroviziya” ilə yollarını ayırdı
-
Xarkovda dağıntılar altında insanlar axtarılır
-
Plener əsərlər sərgisi açılacaq





