Siyasət

Moldovanın dövlət başçısı Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

27 May 2020 13:17
Baxış: 871

Moldova Respublikasının Prezidenti İqor Dodondan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı - Respublika Günü ilə əlaqədar ən səmimi təbriklərimi və ən gözəl arzularımı qəbul edin.

Əminəm ki, ölkəniz bundan sonra da səmərəli daxili siyasət apararaq və beynəlxalq arenada öz mövqeyini möhkəmləndirərək mühüm islahatlar və yeniliklər yolu ilə inamla addımlayacaq.

Fürsətdən istifadə edərək, Moldova ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin xalqlarımızın rifahı naminə dostluq, qarşılıqlı anlaşma və konstruktiv əməkdaşlıq ruhunda inkişafı istiqamətində bundan sonra da birgə fəaliyyətə hazır olduğumuzu təsdiqləmək istərdim.

Möhtərəm cənab Prezident, icazə verin, bu əlamətdar gündə Sizə və Sizin simanızda dost Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzulayım".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.