Siyasət

Dövlət Komitəsi Respublika Günü ilə bağlı video yayımlayıb - VİDEO

26 May 2020 20:38
Baxış: 1 066

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi "Respublika günü" ərəfəsində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xaricdə yaşayan varisləri, yaxın və uzaq qohumları ilə əlaqə saxlayıb, onlara sevgi və sayğımızı, varisləri olduqları tarixi şəxsiyyətləri böyük ehtiramla yad etdiyimizi çatdırıblar.

Milli.Az bildirir ki, bunu Trend-ə Cümhuriyyət qurucularının varisləri, qohumları Komitənin nəzdində fəaliyyət göstərən Diaspor TV vasitəsilə Azərbaycan xalqını "Respublika günü" münasibətilə təbrik edib, xoş arzularını ifadə ediblər. Diaspor TV-də Fətəli xan Xoyski, Mustafa bəy Vəkilov, Əhməd bəy Ağaoğlu, Əhməd Cavad, Ceyhun Hacıbəyli və başqa görkəmli dövlət xadimlərinin varislərinin, qohumlarının videotəbrikləri yayımlanıb.

Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varisləri göstərilən diqqətə və yaradılan virtual imkana görə Azərbaycan dövlətinə, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq ediblər.

Həmin videonu təqdim edirik:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.