Siyasət

"Bu faşist gəlir Şuşaya, bizə oradan dil uzadır"

14 May 2020 10:14
Baxış: 2 610

Bir ölkədə ki, faşizm qəhrəmanlaşdırılır, faşistlərə abidə qoyulur, aydındır ki, öz qohum-əqrabası da faşistlərə xidmət edir.

Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

"Burada qeyri-adi heç nə görmürəm. Amma görün bu faşist neynəyir?! Gəlir Şuşaya, bizə oradan dil uzadır. Bu məsələ bizi çox narahat etməlidir ki, biz necə etməliyik ki, həmin o faşist nəslindən olan birisi işğal altındakı torpaqlarımıza gəlib bizə dil uzatmasın. Şuşanın işğalından 28 il keçib. Bu işğala son qoymalıyıq", - politoloq bildirib. 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın babası, Böyük Vətən Müharibəsi iştirakçısı Nikol Paşinyanın faşistlərə xidmət etməsi ilə bağlı məlumatlar üzə çıxıb. "Obd-memorial.ru"nun məlumatlarına əsasən, o, nasist hakimiyyəti ilə əməkdaşlıq edib.

Təhməz Təkin
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.