Siyasət

Prezident İlham Əliyev polşalı həmkarına təbrik məktubu göndərib

2 May 2020 15:57
Baxış: 844

Prezident İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Polşa Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən xoş arzularımı və səmimi təbriklərimi çatdırıram.

Ölkələrimiz arasındakı dostluq əlaqələrinin bugünkü səviyyəsi, qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi məmnunluq doğurur. İnanıram ki, strateji tərəfdaşlıq münasibətlərimiz xalqlarımızın rifahı naminə bundan sonra daha da dərinləşəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Polşa xalqına daim rifah arzulayıram".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.