Siyasət

Dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyən edilir

17 Aprel 2020 18:00
Baxış: 938

Azərbaycanda kütləvi informasiya vasitələri ilə bağlı yeni qaydalar müəyyən edilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcəklər.

Dəyişikliklər Milli Məclisin plenar iclasında səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.