Siyasət

Türk Şurasının Baş katibi: Bakı Bəyannaməsində birgə investisiya fondu yaratmaq barədə qərarın icrası böhrandan sonrakı dövrdə iqtisadiyyatların bərpasında mühüm rol oynaya bilər

10 Aprel 2020 23:22
Baxış: 1 464

Bakı Bəyannaməsində birgə investisiya fondu yaratmaq barədə qərarın icrası böhrandan sonrakı dövrdə iqtisadiyyatların bərpasında mühüm rol oynaya bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Türk Şurasının Baş katibi Bağdad Amreyev aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

Bağdad Amreyev bildirib:

"İlk növbədə, Türk Şurasının üzvü olan dövlət başçılarını salamlayıram. Xüsusilə Türk Şurasının fəaliyyətdə olan sədri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bugünkü tədbirin yüksək səviyyədə təşkilinə görə səmimi qəlbdən dərin hörmət və ehtiramımı bildirmək istəyirəm.

Pandemiya bizim ölkələrə də təsir edib. Lakin xoşbəxtlikdən dünyanın başqa yerlərinə nisbətən vəziyyət o qədər də faciəvi deyil. Bu, onun nəticəsidir ki, virusla mübarizədə sizin qabaqlayıcı tədbirləriniz, qətiyyətli qərarlarınız daha böyük faciələrin qarşısını almağa imkan verdi. Bizim ölkələrimiz bir-birinə humanitar yardım göstərdi, o cümlədən tibbi avadanlığın və maskaların, qoruyucu eynəklərin və əlcəklərin, test dəstlərinin verilməsi baxımından. Xüsusən də vətəndaşların evakuasiyası ictimaiyyət tərəfindən müsbət qarşılandı. Bu vəziyyət göstərdi ki, Türk Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək vacibdir".

Bağdad Amreyev pandemiyadan sonra dünyada yaranacaq iqtisadi böhranın qarşısının alınmasında Türk Şurasına üzv ölkələrin qarşılıqlı birgə fəaliyyətinin gücləndirilməsinin əhəmiyyətindən danışdı. O qeyd etdi ki, Türk Şurasının Bakı Bəyannaməsində əksini tapan birgə investisiya fondu yaratmaq barədə qərarın icrası böhrandan sonrakı dövrdə iqtisadiyyatların bərpasında mühüm rol oynaya bilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.