Koronavirusa qarşı Azərbaycanda aparılan mübarizə tədbirlərinə dair Malayziyada geniş yazı dərc edilib
Bəşəriyyətin ağır sınağına çevrilmiş COVID-19 pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən kompleks tədbirlər barədə Malayziyanın rəsmi informasiya agentliyi BERNAMA-da geniş material dərc edilib.
Milli.Az xəbər verir ki, Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyindən Trend-ə bildirilib ki, materialda dünya ölkələrinin bu qlobal çağırışa müxtəlif mübarizə üsulları ilə cavab verməyə çalışdıqları qeyd olunaraq, Azərbaycan təcrübəsinin nümunəvi xüsusiyyətləri sadalanıb, bu səpkidə Azərbaycan Respublikasının Malayziyadakı səfiri Qaley Allahverdiyevin fikirlərinə istinad edilib.
Bildirilib ki, COVID-19 pandemiyasının hələ erkən mərhələsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təlimatı ilə hökumət tərəfindən Operativ Qərargah yaradılıb. İctimai məlumatlılığı təmin etmək, o cümlədən bu məsələ ilə əlaqədar qarşılaşdıqları vəziyyətlə bağlı vətəndaşların suallarını operativ şəkildə cavablandırmaq üçün www.koronavirusinfo.az adlı informasiya portalının yaradılmasına diqqət çəkilib.
Həmçinin, cari ilin 19 mart tarixində Prezident İlham Əliyevin fərmanı ilə təsis edilmiş Koronavirusla Mübarizəyə Dəstək Fondundan bəhs edilib, Azərbaycan Prezidentinin bir illik əməkhaqqı məbləğini bu fonda ianə etməsi xüsusilə vurğulanıb.
Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamına müvafiq olaraq, COVID-19 pandemiyası ilə mübarizənin ön xəttində çalışan tibb işçilərinin əmək haqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavələrin edilməsi, pandemiyanın ölkə iqtisadiyyatına və makroiqtisadi sabitliyə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci il üzrə dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 2.5 milyard manatın ayrılması görülən işlərin vacib komponentləri kimi qeyd olunub.
COVID-19 pandemiyasına qarşı Azərbaycanın apardığı mübarizə üslubunda mənəvi dəyərlərin də xüsusi yer tutduğu vurğulanaraq, Prezident İlham Əliyevin bu infeksiyanın əsasən yaşlı nəslin nümayəndələri üçün ağır fəsadlar törətdiyi, lakin cəmiyyətimizdə yaşlı insanlara həmişə böyük hörmət göstərildiyi, belə mənəvi dəyərlərimizin bundan sonra da qorunmasının vacibliyi, eləcə də hazırkı şəraitdə hər bir vətəndaşın yaşlı nəslin nümayəndələrinə xüsusi qayğıkeşliklə yanaşmalı olduğu barədə xalqımıza müraciətinə istinad edilib.
Materialda COVID-19 ilə mübarizədə Azərbaycanın beynəlxalq əməkdaşlığa töhfəsinə də vurğu edilərək, Azərbaycan Respublikası Hökuməti tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının müvafiq fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımından bəhs edilib, səfir Q.Allahverdiyevin aşağıdakı fikirlərinə yer verilib: "Bu gün biz daha çox koordinasiyaya, daha çox həmrəyliyə və əməkdaşlığa ehtiyac duyuruq. Bu çağırışın ölkələr arasındakı inamı pozmasına imkan verə bilmərik".
Materialın tam mətni ilə BURADAN tanış olmaq olar:
https://www.bernama.com/en/world/news.php?id=1829894
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib - (Foto)
-
Ceyhun Bayramov və Baxtiyar Saidov telefonla danışdı
-
Ukrayna niyə başsağlığı vermədi? - Azovda həlak olan azərbaycanlıların ailələri ədalət tələb edir
-
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
-
Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Ceyhun Bayramov Ralf Horlemannı qəbul edib
XƏBƏR LENTİ
-
Abşeron çimərliklərində sabahkı hava açıqlandı
-
Mundialla vidalaşacaq üçüncü komanda müəyyənləşdi
-
Bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsidir
-
“Krımdan hücumlar artıq effektiv deyil” - Ukrayna PUA komandanı
-
Bakının bir sıra rayonlarında su verilişində 2–3 saatlıq fasilələr olacaq
-
FHN əhaliyə müraciət etdi: Küləkli havada dənizə girməyin
-
Azərbaycan boksçusu Çində qızıl medal qazandı
-
Mingəçevirdə yol qəzası: 2 nəfər xəsarət alıb
-
Ayın 22-də ölkədə qısamüddətli yağış və külək gözlənilir - Proqnoz
-
Antarktidada gözlənilməz seysmik aktivlik: 510 zəlzələ aşkarlandı
-
Mingəçevirdə mağazada yanğın oldu - (Foto)
-
1 qəpiyə satılan həmin yumurtalar barədə iddialar yayıldı - (Video)
-
Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib - (Foto)
-
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib
-
Yevlaxda kanalda boğulan 26 yaşlı kişinin meyiti tapılıb
-
Kerç bərə keçidində daşımalar müvəqqəti dayandırıldı
-
Bakıda güclü külək, dağlıq ərazilərdə duman müşahidə edilir
-
KDR-də Ebola epidemiyası: 956 yoluxma, 247 ölüm
-
Kerç yarımadasına PUA hücumu: 4 ölü, 28 yaralı
-
Yaponiya Tunisi darmadağın edib
-
Gəncədə evdə 16 yaşlı yeniyetmənin meyiti tapılıb
-
Argentinada 26 metrlik Messi heykəli ictimaiyyətə təqdim olundu
-
DİM bu gün Azərbaycan dili üzrə ikinci şans imtahanı keçirəcək
-
Oğurlanmış Pikasso tablosu illər sonra tapıldı





