"Prezidentin Əfv Sərəncamı böyük sosial mahiyyət kəsb edir"
Prezident İlham Əliyevin dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq imzaladığı Əfv Sərəncamı bir daha sübut edir ki, dövlət humanizm prinsiplərinə və dəyərlərinə böyük önəm verir.
Milli.Az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib:
"Əminəm ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncam böyük sevinclə qarşılanıb. Dövlətimizin başçısının bu humanist addımı bir çox ailələrə xoşbəxtlik və sevinc bəxş edib".
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncamın böyük sosial mahiyyət kəsb etdiyini vurğulayan Sədaqət Vəliyeva qeyd edib ki, dövlətimizin başçısının bu qərarı məhkumların kimliyinə, törətdiyi cinayətə görə ayrı-seçkilik olmadan yaşı 65-i keçmiş insanların sağlamlığının qorunması üçün verilib:
"Prezident İlham Əliyev əfv olunan insanların sağlamlığını qorumaq, onları virusa yoluxmaqdan uzaq tutmaq, onlara ev şəraitində xidmətlərin göstərilməsini təmin etmək üçün belə bir addım atdı. Bu, təkcə cinayət törətmiş şəxslərə qarşı humanizm addımı deyildi, həm də insanlığa verilən dəyər idi. Bu Sərəncam bir daha onu göstərir ki, dövlət siyasətinin mərkəzində insan amili durur və Prezident İlham Əliyev üçün insanların sağlamlığı, təhlükəsiz həyatı bütün məsələlərdən öndə durur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə dronlarla hücum edildi - Ölənlər var
-
Ayın 11-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Tramp hər bir amerikalıya 5 min dollar ödəyəcək
-
Anar Mədətov oğlu ilə - (Foto)
-
Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt araşdırılıb
-
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
"Sabah"la matç öncəsi o da zədələndi
-
Şəkidəki “zipline”də əvvəllər də texniki problemlər olub - (Video)
-
Renat Dadaşov Ukrayna klubuna transfer olundu
-
Sultan Qasımova qarşı ağır ittiham - İşi məhkəməyə göndərildi
-
“Vanlı Kara Haydar”ın arvadı da saxlanıldı
-
"AzInTelecom" media nümayəndələri üçün təlim keçirib - (Foto)
-
Türkiyədə xəstəxananın əməliyyat otağında siçanlar gəzir - (Video)
-
Mehmet Ali Erbilin infarkt keçirməsi ilə bağlı açıqlama
-
Nepalda ölənlərin sayı 1374-ə çatdı
-
Xocalıda ANAMA əməkdaşı minaya düşdü - (Yenilənib)
-
Argentina millisinin yeni kapitanı bəlli oldu
-
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşib
-
Xumar Qədimovanın səmimi görüntüləri diqqət çəkdi - (Video)
-
Azərbaycan vasitəsilə Ermənistana arpa və buğda göndərilib - (Yenilənib)
-
Rusiyada miqrantlarla bağlı mühüm yenilik
-
Paşinyan Makronla görüşüb
-
Yamal Mbappenin rekordunu təzələdi
-
Kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır





