Siyasət

Milli Məclis yanında Toponimiya Komissiyasının yeni üzvləri məlum oldu

30 Mart 2020 12:45
Baxış: 812

Milli Məclis yanında Toponimiya Komissiyası yenidən təşkil edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ parlamentin bu gün keçirilən iclasında müzakirə edilib.

Toponimiya Komissiyasının üzvlüyünə deputat namizədlər siyahısına Nizami Cəfərov, İsa Həbibbəyli, Sabir Rüstəmxanlı, Sevinc Fətəliyeva, Musa Quliyev daxil olub.

Komissiyanın deputat olmayan üzvlüyünə namizədlər Elmir Ələkbərov, Möhsün Nağısoylu, Ramiz Məmmədov, Qara Bəşirli, Mahirə Abbasova, İlkin Abbasov olub.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.