Siyasət

Milli Məclisin komitələri koronavirusla mübarizəni müzakirə edəcək

13 Mart 2020 20:41
Baxış: 1 466

Milli Məclisin komitələrinin birgə iclasında koronavirus (Covid-19) infeksiyası ilə bağlı məsələ müzakirə olunacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu məsələ Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin martın 16-da keçirilən iclasının gündəliyinə salınıb.

İclasda koronavirus (Covid-19) infeksiyası ilə mübarizə və yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görüləcək tədbirlər müzakirə olunacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.