Siyasət

Türkiyə Azərbaycanla sazişi ratifikasiya edib

25 Fevral 2020 10:41
Baxış: 874

Türkiyə Azərbaycanla yerüstü yükdaşımaları sahəsində əməkdaşlıq sazişini ratifikasiya edib.

Milli.Az xəbər verir ki, Trend bu barədə "Resmi gazete"yə istinadən məlumat verir.

Qeyd olunur ki, tərəflər arasında saziş 2019-cu il dekabrın 6-da Bakıda imzalanıb.

Saziş yük daşımalarının həcminin artırılmasına yönəlib. 2020-ci il üçün kvota tərəflər arasında 35 min daşıma həcmində müəyyən edilib:

"Digər ölkələrdən Türkiyə və Azərbaycan vasitəsilə tranzitlə il ərzində 2,5 min, Türkiyə limanlarından 300 daşıma həyata keçirilə bilər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.