Siyasət

Ukraynalı ekspert: "Prezident İlham Əliyevin İtaliyaya səfəri Asiyadan Avropaya yeni yol açacaq"

22 Fevral 2020 15:17
Baxış: 900

Prezident İlham Əliyev İtaliyaya səfəri ilə Azərbaycan və Avropa İttifaqı ölkələri arasında dostluq münasibətlərinin inkişafı üzrə müstəqil siyasət aparmaq bacarığını göstərdi

Milli.Az bildirir ki, bunu Trend-ə ukraynalı ekspert Aleksandr Oxrimenko deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri həm Azərbaycan, həm də İtaliya üçün əlamətdar hadisədir:

"Bu, Avropa-Azərbaycan əməkdaşlığının daha bir vektorunu qurmağa və Asiyadan Avropaya yeni yol yaratmağa imkan verəcək. İtaliya biznesi üçün Azərbaycanla iqtisadi əməkdaşlıq səmərəlidir, çünki neft tədarükü və mənbələrin şaxələndirilməsi ölkə üçün çox vacibdir. Eyni zamanda Azərbaycan üçün də İtaliya ilə iqtisadi əməkdaşlıq sabit gəlir mənbəyi və yeni biznes sahələrini inkişaf etdirmək imkanıdır. Əlamətdardır ki, Prezident İlham Əliyev səfəri çərçivəsində İtaliya biznesinin nümayəndələri ilə görüş keçirdi. Görüş zamanı onlar bilavasitə Azərbaycan liderindən ölkədə biznes üçün hansı imkanların mövcud olması barədə məlumat əldə edə bildilər".

Ekspert əlavə edib ki, Azərbaycan İtaliya üçün ən iri və etibarlı neft tədarükçüsüdür:

"Azərbaycanın xam neft ixracının 17 faizi İtaliyanın payına düşür. Əgər buraya qaz müqavilələrini əlavə etsək, aydın olur ki, Avropa, xüsusən də İtaliya enerji təhlükəsizliyini bu ölkəyə etimad edərək Azərbaycanı etibarlı tərəfdaş qismində görür".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.