Siyasət

Azərbaycan və ABŞ rəsmiləri qlobal təhlükəsizliyi müzakirə ediblər

17 Aprel 2010 16:33
Baxış: 186
Bu barədə Milli.Az xəbər portalına XİN-in mətbuat xidmətindən məlumat daxil olub.  
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq, habelə regional və qlobal təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Xanım M.Flournoy Azərbaycanın beynəlxalq antiterror əməliyyatlarına verdiyi töhfəsinin, habelə Əfqanıstanda sülhün və sabitliyin təmin olunması istiqamətində dəstəyinin ABŞ tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Öz növbəsində, nazir E.Məmmədyarov Azərbaycanın ABŞ-la müxtəlif sahələrdə əməkdaşlıq etdiyini, o cümlədən terror ilə mübarizə sahəsində ölkəmizin rolunu diqqət yetirib. Nazir E.Məmmədyarov ölkəmizin Əfqanıstanda yalnız təhlükəsizlik sahəsinə yox, həmçinin humanitar, təhsil və əhalinin normal şəraitdə yaşamasına zəmin yaradan digər sahələrdə də tövhə verdiyini bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.