Siyasət

"Prezidentin İtaliyaya dövlət səfəri bir daha göstərdi ki, Azərbaycan regionda nüfuz dairəsini genişləndirir" - Tahir Mirkişili

21 Fevral 2020 14:49
Baxış: 965

İtaliya Azərbaycanın ən böyük ticarət partnyorudur.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, digər tərəfdən hər iki ölkənin Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında səyləri mühüm əhəmiyyət daşıyır:

"İki ölkə arasında strateji əməkdaşlığın güclənməsi, beynəlxalq hüquq çərçivəsində eyni dəyərləri bölüşməsi həm Avropa Birliyi, həm də Qafqaz regionu üçün vacib perspektivlər vəd edir. İkitərəfli əlaqələrin möhkəmlənməsi yolunda Azərbaycan Prezidentinin apardığı xarici siyasət bütün istiqamətlərdə öz bəhrəsini verir və İtaliyanın bir daha Azərbaycanın ərazi bütövlüyünü prinsipial olaraq dəstəkləməsi buna misaldır.

Cənab Prezidentin İtaliyaya dövlət səfəri bir daha göstərdi ki, Azərbaycan öz dəyərləri və imkanları ilə regionda nüfuz dairəsini genişləndirir və bu genişlənmə regionun inkişafında maraqlı olan hər bir ölkə üçün cəlbedicidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.