Elmar Məmmədyarov Avropa Parlamentinin komitə sədri və Azərbaycan üzrə daimi məruzəçi ilə görüşüb
Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister və Azərbaycan üzrə daimi məruzəçi, Avropa Xalq Partiyasının Xorvatiyadan olan deputatı xanım Jelena Zovko ilə görüşüb.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, görüş zamanı tərəflər Aİ-Azərbaycan arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri, o cümlədən ikitərəfli əlaqələrin hüquqi bazasını təşkil edəcək yeni Saziş üzrə davam etdirilən danışıqlar barəsində fikir mübadiləsi apardılar. Bu xüsusda ticarət sahəsində danışıqların cari vəziyyəti və Aİ-nin ticarət üzrə Komissarı ilə keçirilmiş görüşə toxunuldu.
Azərbaycanın Avropa arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətləri, habelə Cənubi Qaz Dəhlizi layihəsi və onun gələcəkdə yeni layihələrlə genişləndirilməsi perspektivləri və enerji təhlükəsizliyi mövzularında müzakirələr aparıldı.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların cari vəziyyəti, o cümlədən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin iştirakı ilə açıq müzakirələr haqqında qarşı tərəfə məlumat verdi. Münaqişənin beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa Parlamentinin müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həllinin və Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasının vacibliyini vurğuladı.
Tərəflər, həmçinin Azərbaycanda baş tutan növbədənkənar parlament seçkilərindən danışdılar. Nazir bu seçkilərin ölkəmizdə həyata keçirilən siyasi və struktur islahatları kontekstində nəzərdən keçirilməli olduğunu bildirdi və seçkilərin xalqın iradəsini ifadə etdirdiyini bildirdi. Seçkilərdən sonra qeydə alınmış hər bir şikayətin ciddi şəkildə araşdırıldığı və hazırda 4 seçki dairəsində nəticələrin ləğv olunduğu qarşı tərəfin diqqətinə çatdırıldı.
Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda
-
Bakıda tıxacda qalan taksi sürücüsü görün nə etdi - (Video)
-
Şükürbəyli kəndində daha 25 ailəyə evlərinin açarları təqdim olunub - (Yenilənib)
-
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib
-
Qolları olmayan körpənin taleyi necə oldu? - Rəsmi açıqlama
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Azərbaycanla UN-Habitat arasında imzalanan Töhfə Sazişi təsdiq edilib
-
İlham Mirzəyev evə buraxıldı
-
3 gün, 3 gecə davam edən toy: Özbək gəlin 4 milyonluq qızıllarla yoxa çıxdı - (Video)





