"Xalqın arasına çıxa bilməyənlər indi gəlib MSK-nın qabağına çıxır"
Bir qrup şəxsin qanunsuz olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında aksiya keçirməyə cəhd göstərməsi xarici qüvvələrə xidmət edir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisun deputatı Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Azərbaycanda azad, ədalətli və demokratik parlament seçkiləri keçirilib: "Seçkilərin nəticəsində uduzanlar, xalqın səsini qazana bilməyənlər, təbii ki, müxtəlif bəyanatlar verir. Hətta qohum-əqrabası ona səs verməyənlər, üç adamı ətrafında birləşdirə bilməyənlər bir şou düzəldirlər. Bu şounun da məqsədi bəzi beynəlxalq təşkilatların hesabatlarında nələrinsə qeyd olunmasına xidmət etməkdir. Onlar başda Əli Kərimli olmaqla xarici qüvvələrə işləyirlər. Həmin şəxslər əvvəldən buna çalışırdılar. Namizədliklərini irəli sürdülər ki, müxtəlif bəhanələr gətirsinlər, desinlər ki, guya bunları qeydə almayıblar və s.".
S.Novruzov vurğulayıb ki, Azərbaycanda indiyə qədər budəfəki seçkilərdə olduğu qədər namizəd qeydə alınmamışdı:
"Hamı üçün bərabər şərait yaradılmışdı. Əgər kimsə təbliğat-təşviqat kampaniyası apara bilmirsə, üç adamı ətrafına yığa bilmirsə, insanlar arasında bir söz deyə bilmirsə, MSK-nın qarşısında nə işi var? MSK rəsmi nəticələri bəyan edib. Sən get əvvəlcə uduzduğun dairədə araşdır və camaat da sənə desin ki, biz səni seçməmişik. Xalqın arasına çıxa bilməyənlər indi gəlib MSK-nın qabağına çıxır. Onların məqsədi xarici qüvvələrə xidmət edib pul qazanmaqdır".
Qeyd edək ki, bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq saat 15 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd edib
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və onlar ərazidən kənarlaşdırılıblar.
Bu zaman ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
XƏBƏR LENTİ
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib





