Siyasət

Seçkilərdə veb-kameraların hazır vəziyyətə gətirilməsi başa çatdırılıb

5 Fevral 2020 18:39
Baxış: 1 022

Azərbaycanda məntəqələrin təxminən 20 faizə qədərində, yəni 1000 məntəqədə vebkamera quraşdırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədrinin müavini qeyd edib ki, vebkameraların yoxlanılması, hazır vəziyyətə gətirilməsi başa çatdırılıb: "Bununla bağlı texniki və digər işlər görülüb". 

O bildirib ki, 119 seçki dairəsi üzrə 1000 vebkamera quraşdırılıb. İclasda vebkamera qoyulan məntəqələrin siyahısının dərc edilməsi ilə bağlı qərar qəbul edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.