Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Polad Bülbüloğunu 75 illiyi və "Heydər Əliyev" ordeni ilə təltif olunması münasibətilə təbrik edib - FOTO

4 Fevral 2020 00:51
Baxış: 1 819

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Azərbaycan Respublikasının Xalq artisti, ölkəmizin Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğunu 75 illiyi və "Heydər Əliyev" ordeni ilə təltif olunması münasibətilə paylaşım edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir:

"Azərbaycan Respublikasının Xalq artisti, ölkəmizin Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğunu 75 illiyi və "Heydər Əliyev" ordeni ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Polad Bülbüloğlu yaradıcılığı insanların qəlbini mehribanlıq, nəciblik, yenilməz ruh yüksəkliyi kimi hisslərlə əhatə edir. Qeyri-adi istedadı və tükənməz enerjisi ona zaman çərçivəsi ilə məhdudlaşmayan gözəl əsərlər yaratmağa imkan vermişdir. Onun mahnıları müxtəlif nəslin nümayəndələri tərəfindən çox sevilir.

Dost və pərəstişkarlarının sevgi və hörmətini qazanmış parlaq və istedadlı şəxsiyyət Polad Bülbüloğluna möhkəm cansağlığı, doğma və yaxınlarının əhatəsində firavan həyat arzulayıram!"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.