Ermənistan Azərbaycan xalqının tarixi, mədəni irsinə qarşı təcavüz və qəsbkarlıq siyasəti yürütməkdədir - Fərid Şəfiyev
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Dağlıq Qarabağda qondarma rejimin Şuşa qalasını təmir etdirməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Milli.Az xəbər verir ki, Mərkəzdən Trend-ə verilən məlumata görə, F.Şəfiyev deyib ki, Ermənistan son 30 il ərzində Azərbaycan torpaqlarının işğalını davam etdirməklə yanaşı, bütün vasitələrlə xalqımızın tarixi, mədəni, musiqi və mətbəx irsinə qarşı təcavüz və qəsbkarlıq siyasəti yürütməkdədir:
"Aydındır ki, Ermənistanın bu istiqamətdə siyasətinin əsas hədəflərindən biri də işğal edilmiş ərazilərdə özünün əsassız iddialarını rəsmiləşdirmək məqsədi ilə həmin torpaqların həqiqi tarixi sakinlərinin və sahiblərinin mədəni irsini məhv etmək, bu mümkün olmadıqda isə saxtalaşdırmaqdır. Belə ki, işğal edilmiş ərazilərdəki bütün mədəni və tarixi abidələr həmin torpaqların həqiqi tarixi sakinlərinin və sahiblərinin kimliyi heç bir ciddi və obyektiv müşahidəçidə hansısa şübhə yaratmır.
Ermənistan KİV-nin yazdığı kimi, bu dəfə Qarabağdakı qondarma rejim rəhbərliyinin məşhur Şuşa qalasını təmir etməsi ilə bağlı xəbər də bu təcavüzkar ölkənin qeyd edilən siyasətinin göstəricisidir. Azərbaycanlılar tərəfindən Şuşa qalası adlandırılan həmin tarixi abidənin əsası 1751-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş, tikinti işlərinə rəhbərliyi isə şəxsən Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqif nəzarət etmişdir.
Qeyd edək ki, keçən il Şuşada yerləşən və azərbaycanlılara məxsus olan "Yuхarı Gövhər ağa" məscidi təmirdən sonra Ermənistandakı işğalçı qüvvələr tərəfindən fars mədəniyyətinin dini-tarixi nümunəsi kimi təqdim edilmişdi. Bundan əvvəl isə Ermənistan rəhbərliyi paytaxt Yerevanda tarixi Azərbaycan memarlıq nümunələri olan 8 məsciddən 7-sini tamamilə məhv edib. Qalan bir məscid - 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilmiş məşhur Göy məscidin 4 minarəsindən 3-ü sökülüb və saxtalaşdırılaraq İran tarixi abidəsi kimi İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib".
F.Şəfiyev bir daha dünya ictimaiyyətini Ermənistanın işğal etdiyi ərazilərdə atdığı bu cür addımları Azərbaycan irsinə qarşı aparılan ardıcıl və məqsədyönlü terror kimi qiymətləndirməyə çağırıb: "Nəzərə çatdırmalıyıq ki, Ermənistan hakimiyyətinin bu istiqamətdə fəaliyyəti beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn bütün normalarına, əsaslarına zidd olan hərəkətlər kimi qiymətləndirilərək dünya ictimaiyyəti tərəfindən pislənməli və məsuliyyətə çağırılmalıdır. Həmçinin, beynəlxalq ictimaiyyəti münaqişənin həlli tapılana qədər işğal edilmiş ərazilərdəki bütün tarixi abidələrin toxunulmaz və ilkin formada qalmasını təmin etmək istiqamətdə Ermənistana müvafiq təzyiq göstərməyə çağırırıq.
Qeyd etmək istərdik ki, Şuşa qalası ilə bağlı son addımlar bir daha Ermənistanın münaqişənin dinc yolla konstruktiv həllində maraqlı olmadığının və Azərbaycanı münaqişənin həlli ilə bağlı digər vasitələrdən istifadə etməyə təhrik etdiyinin göstəricisidir. Belə ki, bu cür addımlar gələcəkdə danışıqlar prosesinin pozulması ilə bağlı bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə qoyur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
XƏBƏR LENTİ
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Conidən evli olması xəbərinə reaksiya
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
ABŞ qırıcısı qəzaya uğradı
-
Asya Alizadeyə növbəti qadağa
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
-
DTX terrorçuluqla bağlı əməliyyat keçirdi: 11 nəfər həbs edildi - (Video)
-
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər
-
Bakıda yol xəttini qara boya ilə dəyişdilər - 3 nəfər saxlanıldı - (Video)
-
Ledi Qaqanın ilk övladının adı və cinsi bəlli oldu
-
Rusiyada seçkilər başladı
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
-
Aras Bulut İynemli və daha 15 məşhur saxlanıldı - (Foto)
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Neftçi 1000-ci oyununa çıxır
-
Süni intellekt öz gələcəyini özü hazırlayır: Təhlükəli mərhələ başlayır
-
“Alya”nın ağlama səhnəsi müzakirə yaratdı – (Video)
-
Zaqatalada 52 yaşlı kişinin meyiti tapıldı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Xətai və Sabunçuda qaz kəsiləcək
-
Bakının bir sıra ərazilərində işıq olmayacaq





