“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində dəyirmi masa keçirilir - FOTO
Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Bakıda "Bakı-Moskva: mədəniyyətlərin dialoqu" konfransı keçirilir. Konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və TASS informasiya agentliyinin dəstəyi ilə təşkil edilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün konfrans çərçivəsində "Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır" mövzusunda dəyirmi masa keçirilir. Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın və Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun moderatorluğu ilə keçirilən tədbirdə dövlət strukturlarının nümayəndələri, tanınmış mədəniyyət, təhsil və elm xadimləri, hər iki ölkədən olan jurnalistlər iştirak edirlər.
Dəyirmi masada çıxış edənlər vurğulayıblar ki, Rusiya ilə Azərbaycanın münasibətlərinin bütün istiqamətlərdə çox intensiv inkişaf etdiyi bugünkü şəraitdə mədəni əlaqələr xüsusi əhəmiyyət kəsb edir.
Bildirilib ki, bəzən mədəni əməkdaşlıq siyasi və iqtisadi əməkdaşlıqla münasibətdə heç də az rol oynamır. Mədəniyyət, təhsil və elm sahələri Azərbaycan-Rusiya strateji tərəfdaşlığının uğurlu inkişafında böyük amillərdir. İki ölkənin dövlət başçılarının səmimi dostluq münasibətləri bu prosesdə həlledici amildir.
Qeyd edilib ki, bu cür tədbirlər humanitar əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır. Xüsusi vurğulanıb ki, ulu öndər Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin inkişafına və təşəkkülünə böyük töhfə verib.
Dəyirmi masanın gedişində Moskva və Bakı mədəniyyət idarələri arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Qeyd edək ki, konfrans çərçivəsində Rusiyada yaşayan görkəmli azərbaycanlılara və Azərbaycanda yaşayan rusların məşhur nümayəndələrinə həsr edilmiş fotosərgi keçirilməsi planlaşdırılır. Sərgi TASS informasiya agentliyi tərəfindən Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə birgə təşkil olunub.
Konfrans çərçivəsində TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın "Hakimiyyət formulu" və "Həyat formulu" kitablarının təqdimatı və digər mədəni tədbirlər nəzərdə tutulur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Xarici diplomatlar Gəncəsər və Xudavəng monastır komplekslərini ziyarət ediblər - (Yenilənib)
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)





