Siyasət

Parlament seçkiləri Milli Məclisin keyfiyyət baxımından yenilənməsinə xidmət edir - Rusiyalı ekspert

20 Yanvar 2020 14:06
Baxış: 1 162

Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri Milli Məclisin keyfiyyət baxımından yenilənməsinə xidmət edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu secki-2020.az saytına açıqlamasında rusiyalı siyasi şərhçi, konfliktoloq Yevqeni Mixaylov deyib.

O bildirib ki, parlamentin buraxılması ilə bağlı qərar xalqa daha yaxşı və keyfiyyətli xidmət göstərmək məqsədi daşıyır:

"Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ciddi islahatlar aparılır. Dövlət qulluğunda əsaslı və keyfiyyətli dəyişikliklər edilir. Bu mənada seçiləcək deputatlar xalqın etimadını doğrultmalıdır. Yeni parlamentdə təmsil olunan şəxslər ölkənin həm iqtisadi, həm də siyasi həyatında inkişafa xidmət edəcək qanunlar qəbul etməyə qadir insanlar olmalıdırlar. Ümid edirəm ki, yeni deputatlar Prezidentin apardığı islahatlara uyğun olaraq ölkənin inkişafına təkan verə biləcəklər".

Milli.Az

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.