Siyasət

MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edildi

17 Yanvar 2020 17:24
0 Şərh     Baxış: 999

Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bir sıra KİV-lər bununla bağlı MSK-ya müraciət edib.

Buna görə də mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb. Təklif edilib ki, "ANS" telekanalı, "Olaylar" və "Gündəlik Teleqraf" qəzetləri qrupun tərkibindən çıxarılsın, "Azad Azərbaycan" TV, "Real" Təhlil və İnformasiya Mərkəzi ("Real" TV), "Report" İnformasiya Agentliyi və "Gündəlik Teleqraf" MMC-nin nümayəndələri MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibinə daxil edilsin.

Təklif səsə qoyularaq qəbul edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.