Siyasət

ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edəcək

17 Yanvar 2020 12:21
Baxış: 1 341

"Bu ilin birinci rübündə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri nəzərdə tutulub".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə ediləcək.

E.Məmmədyarov səfərin dəqiq tarixinin daha sonra müəyyənləşəcəyini bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.