Siyasət

Olaf Hüttinq: Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların tələbləri yerinə yetirilməlidir

6 Yanvar 2020 07:44
Baxış: 1 077

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərin tələbləri yerinə yetirilməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu, Almaniya Bundestaqının deputatı Olaf Hüttinq yerli onlayn-platformaya müsahibəsində deyib.

Hüttinq qeyd edib ki, münaqişə ilə əlaqəli status-kvo qəbuledilməzdir və problem sülh yolu ilə həll olunmalıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.