Siyasət

Azərbaycanın Baş Naziri qazaxıstanlı həmkarına başsağlığı verib

27 Dekabr 2019 17:29
Baxış: 842

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş Naziri Əskər Maminə başsağlığı məktubu göndərib.

Milli.Az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Nazir Əli Əsədov Almatı şəhəri yaxınlığında insan tələfatı ilə nəticələnmiş təyyarə qəzası haqqında xəbərdən olduqca kədərləndiyini bildirib.

Azərbaycanın Baş Naziri faciə ilə əlaqədar qazaxıstanlı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.