Siyasət

Prezident İlham Əliyev İsveçrənin yeni Prezidentini təbrik edib

24 Dekabr 2019 15:30
Baxış: 636

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Simonetta Sommaruqaya təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli xanım Sommaruqa, İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz qarşıdakı dövrdə Azərbaycan ilə İsveçrə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və möhkəmləndirilməsi istiqamətində səylərimizi davam etdirəcəyik.

Fürsətdən istifadə edərək Yeni, 2020-ci ilin gəlişi münasibətilə Sizə təbriklərimi və ən xoş arzularımı yetirirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.