Siyasət

Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yerləşdirilən görüntülərin araşdırılmasına başlanılıb

23 Dekabr 2019 19:34
Baxış: 1 078

Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə gün ərzində yerləşdirilən görüntülərin araşdırılmasına başlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov vurğulayıb ki, hər hansı bir xoşagəlməz hal varsa, bununla bağlı dairə seçki komissiyalarına müraciət edilməlidir: "Heç kimin haqqı yoxdur ki, seçki prosesinə müdaxilə etsin. Xoşagəlməz hallarla bağlı ilk növbədə dairə seçki komissiyalarına müraciət edilməlidir. Dairə seçki komissiyasının qərarından narazı qaldıqları halda Mərkəzi Seçki Komissiyasına müraciət edə bilərlər. Bütün halar Seçki Məcəlləsinə uyğun ciddi şəkildə araşdırılacaq. Heç kəs çəkinməməlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.