Siyasət

Çin lideri Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

23 Dekabr 2019 15:42
Baxış: 1 189

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Son illər Çin-Azərbaycan münasibətləri yüksək dinamika ilə inkişaf edir və "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində əməkdaşlığımız genişlənir.

Cari ilin aprel ayında keçirilən ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu ərəfəsində Sizinlə keçirdiyim görüş zamanı ikitərəfli əlaqələrimiz və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı vacib razılaşmalar əldə etmişik. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir, birgə səylərimizlə xalqlarımızın rifahı naminə dostluq və əməkdaşlıq münasibətlərimizin yeni mərhələyə yüksəlməsini arzu edirəm.

Sizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər diləyirəm".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.