Siyasət

Yadigar Sadıqlı növbədənkənar seçkilərə Müsavatdan kənar gedir

17 Dekabr 2019 08:22
Baxış: 8 860

Müsavat Partiyası başqanlığına namizəd Yadigar Sadıqlı da növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, seçkiyə Müsavat partiyasının tərkibində qatılmayacaq. Bu barədə Y.Sadıqlının özü şəxsi feysbuk hesabında yazıb:

"Müsavat Partiyasının indiki rəhbərliyinin mənim namizədliyimi dəstəkləməyəcəyini bilirdim. Onlar mənimlə əlaqə saxlamadılar, mən də müraciət etmədim. Amma boş yerə vaxt itirməmək üçün, hələ dekabrın 12-də 73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasına ərizə ilə müraciət edərək öz təşəbbüsümlə müstəqil şəkildə deputatlığa namizədliyimi irəli sürmüşəm. Amma bunu heç kəsə bildirməmişdim ki, günah mənim üzərimdə qalmasın. "Biz irəli sürəcəkdik, amma özü sürdü" deməsinlər".

Xatırladaq ki, Müsavat Partiyası ötən gün növbədənkənar parlament seçkiləri ilə bağlı namizəd siyahısını açıqlayıb. Siyahıda partiya başqanı Arif Hacılı ilə yanaşı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin də adı var.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.