"Milli Şura" mühacir alverində adı hallanan dərnəkdir, siyasi təşkilat deyil - Sona Əliyeva
Radikal müxalifət özünə və sosial bazasına inanmadığı üçün növbədənkənar parlament seçkilərinə getməkdən imtina etmək məcburiyyətində qalıb. Onların elektoratı və sosial bazası yoxdur. Bunu indi Azərbaycanda ən sadə vətəndaş da bilir. Milli Şura mühacir alverində adı hallanan dərnəkdir. Heç siyasi təşkilat da deyil.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu millət vəkili Sona Əliyeva deyib.
O, Milli Şuranın növbədənkənar parlament seçkilərini boykot etməsi ilə bağlı təşkilatın yaydığı bəyanatı şərh edərkən bildirib ki, Azərbaycan xalqı Əli Kərimli və onun barmaq sayı qədər tərəfdarını çoxdan tarixin qaranlığına göndərib: "Xalq bir daha onlara meydan verməyəcək. Cəmi birillik hakimiyyətləri dönəmində xalqı və dövlətçiliyi uçuruma aparırdılar".
S.Əliyeva əlavə edib ki, ulu öndərimizin siyasi səriştəsi və bacarığı ilə Azərbaycan tarix səhnəsindən silinmək təhlükəsindən xilas oldu. Xalq və iqtidar birliyi bu gün möhkəm təməllər üzərində Azərbaycanı irəliyə aparır:
"Güclü iqtisadi inkişaf ölkəmizin işıqlı sabahının qarantına çevrilib. Azərbaycan indi regionun sabitlik adasıdır. Bütün bunlar möhtərəm prezidentimizin uzaqgörən və balanslı siyasəti sayəsində mümkün olub. Bunu radikal müxalifət də çox gözəl dərk edir. Onlar seçkiyə getməməklə hansısa qeyri-sağlam qüvvələrin bizə təzyiq göstərəcəyini düşünürlər. Əlbəttə, yanılırlar. Onlar həmişə yanılıblar. Çünki xalq öz dövlət başçısının yanındadır. Onlar seçkiyə getsə də, getməsə də artıq xeyli müxalif partiya parlament seçkilərinə qatıldığını elan edib. Üstəlik, bu proses davam edir. Xeyli sayda bitərəf namizəd seçkilərə qatılacağını bildirib. Bu cür addımlarla "Milli Şura" özünü şəffaf siyasi proseslərdən təcrid edir. Bununla da cəmiyyət tərəfindən qəbul edilmədiyini də etiraf etmiş olur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
XƏBƏR LENTİ
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Paşinyan mükafat almaq üçün Almaniyaya getdi
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artdı
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb





