Siyasət

Səfir: "ABŞ Senatının qondarma “erməni soyqırımı” barədə qətnaməsi Ağ Evin rəsmi mövqeyini əks etdirmir"

13 Dekabr 2019 13:02
Baxış: 1 152

"ABŞ Senatının qondarma "erməni soyqırımı" barədə qəbul etdiyi qətnamə Ağ Ev administrasiyasının rəsmi siyasətini əks etdirmir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger deyib.

Onun sözlərinə görə, qətnamə qanunvericilik orqanınının sənədidir:

"Senat bu məsələ ilə bağlə qərar qəbul edib və biz bunu diqqətə almalıyıq. Amma bu Ağ Evin rəsmi siyasətinin göstəricisi deyil. ABŞ və Türkiyə müttəfiqdir. Biz yaxın dost və tərəfdaşıq, əməkdaşlığımızı davam etdirəcəyəik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.