Siyasət

Bu partiyalar növbədənkənar parlament seçkilərində iştirak edəcək

11 Dekabr 2019 16:21
Baxış: 950

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bir sıra siyasi partiyaların müraciətinə baxılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, MSK-nın iclasında Yeni Azərbaycan Partiyası, Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətə baxılıb.

Müzakirələrdən sonra müraciətlər səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri gələn il fevralın 9-da keçiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.