İran Azərbaycanla bu sahədə əməkdaşlıq etmək istəyir - Nazir
"Son illərdə İran və Azərbaycan informasiya və kommunikasiya texnologiyaları sahəsində aktiv şəkildə əməkdaşlıq edirlər".
Milli.Az xəbər verir ki, bunu İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi Trend-ə özəl açıqlamasında deyib.
M.C.Azəri Cəhrominin sözlərinə görə, İran Azərbaycanla peyk istehsalı sahəsində əməkdaşlıq etmək istəyir və bu sahədə ilkin razılaşmalar əldə olunub.
Azəri Cəhromi əlavə edib ki, iki ölkənin kosmik sahəsində agentlikləri ticarət və elmi sahədə əməkdaşlıqlarını davam etdirirlər.
Nazir İranın dost Azərbaycanla bu sahədə xüsusi işlərin görülməsinə maraq göstərdiyini qeyd edib:
"Rabitə və informasiya texnologiyaları sahəsində İran və Azərbaycan arasında lazımi platforma formalaşıb və bu platforma günü-gündən böyüməkdədir. İki ölkənin özəl sektorları bir-birlərinin mövqeyi və imkanları ilə yaxından tanış olaraq əməkdaşlıq etməlidirlər".
İranlı nazirin sözlərinə görə, startap sahəsində İran və Azərbaycan arasında əməkdaşlıq artıq formalaşıb. Bu il 3 İran şirkəti Azərbaycanda Yüksək Texnologiyalar Parkında qeydiyyatdan keçib və fəaliyyətə başlayıb.
Azəri Cəhromi deyib ki, ötən il Bakutel sərgisində iştirak edən İran şirkətlərinin sayı 12 idisə, bu il bu say 15-ə çatıb.
İran, Azərbaycan, Rusiya və Türkiyə arasında startap gəlirlərinin inkişaf etdirilməsi ilə bağlı platforma yaradılmasına diqqət çəkən nazir deyib ki, 4 ölkənin startap şirkətləri bir-birləri ilə əməkdaşlıq edəcəklər:
"Bu platforma ticarət baxımından əhəmiyyətlidir. Bununla əlaqədar Bakıda və Tehranda iclaslar keçirilib və birgə layihə üzrə razılaşma əldə olunub. Hər bir ölkə onun 500 min dollarını təmin edəcək və hazırda bu layihənin hüquqi tərəfi həyata keçirilməkdədir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
-
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi
-
XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
-
"Razılaşma olmasa, zərbələr bərpa edilə bilər" - Tramp
-
Türkmənistan Prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur
-
ABŞ və İranın razılaşdırdığı memorandum 14 maddədən ibarətdir - TAM SİYAHI
XƏBƏR LENTİ
-
Bənövşəyi velvet tortunun hazırlanması
-
Keyfiyyətli kərə yağı necə seçilir?
-
Dağılmayan turşulu kiftə resepti
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Elman Paşayevin oğlu həbs edildi
-
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
-
Azərbaycanda xanəndə dünyasını dəyişdi
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
İzzət Bağırovun oğlu məzun oldu - FOTO
-
"Space" TV-də yüksək vəzifəyə təyinat
-
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
-
Asenanın son halı - tanımaq olmur - FOTO
-
Yeddi il əvvəl əkinə başladı - hər ağacdan 300 kq məhsul götürür – FOTO
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB
-
Matçın ilk 30 dəqiqəsində topa toxunmadı
-
Hörmüzün tam açılacağı tarixi açıqlandı





