Konstitusiya Məhkəməsinin mətbuat xidməti Plenum iclası barədə məlumat yayıb
Dekabrın 4-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
Milli.Az xəbər verir ki, Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə" Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmamasına dair sorğusuna baxılıb.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib.
İclasda sorğuverən tərəfin nümayəndəsi qismində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, cavabverən tərəfin nümayəndələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov iştirak ediblər.
Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.
Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarını elan edib.
Qərarın nəticəvi hissəsinə görə, "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə uyğun hesab olunub.
"Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə uyğun hesab edilib.
Qərarda, həmçinin qeyd edilib ki, Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışı fəaliyyətə başlayanadək müstəsna olaraq Azərbaycan Respublikası Konstitusiyasının 111-ci və 112-ci maddələrində, 95-ci maddəsinin I hissəsinin 16-cı və 17-ci bəndlərində nəzərdə tutulmuş səlahiyyətlərin, habelə beynəlxalq təşkilatlarda təmsilçilik funksiyalarının həyata keçirilməsi üçün V çağırış Azərbaycan Respublikası Milli Məclisinin müvafiq səlahiyyətlərinin saxlanılması zəruridir.
Qəbul edilmiş qərar elan edildiyi andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib - (Foto)
-
Ceyhun Bayramov və Baxtiyar Saidov telefonla danışdı
-
Ukrayna niyə başsağlığı vermədi? - Azovda həlak olan azərbaycanlıların ailələri ədalət tələb edir
-
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
-
Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Ceyhun Bayramov Ralf Horlemannı qəbul edib
XƏBƏR LENTİ
-
Ayın 22-də ölkədə qısamüddətli yağış və külək gözlənilir - Proqnoz
-
Antarktidada gözlənilməz seysmik aktivlik: 510 zəlzələ aşkarlandı
-
Mingəçevirdə mağazada yanğın oldu - (Foto)
-
1 qəpiyə satılan həmin yumurtalar barədə iddialar yayıldı - (Video)
-
Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib - (Foto)
-
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib
-
Yevlaxda kanalda boğulan 26 yaşlı kişinin meyiti tapılıb
-
Kerç bərə keçidində daşımalar müvəqqəti dayandırıldı
-
Bakıda güclü külək, dağlıq ərazilərdə duman müşahidə edilir
-
KDR-də Ebola epidemiyası: 956 yoluxma, 247 ölüm
-
Kerç yarımadasına PUA hücumu: 4 ölü, 28 yaralı
-
Yaponiya Tunisi darmadağın edib
-
Gəncədə evdə 16 yaşlı yeniyetmənin meyiti tapılıb
-
Argentinada 26 metrlik Messi heykəli ictimaiyyətə təqdim olundu
-
DİM bu gün Azərbaycan dili üzrə ikinci şans imtahanı keçirəcək
-
Oğurlanmış Pikasso tablosu illər sonra tapıldı
-
İnfarktdan sağ çıxan yüzlərlə şəxsin dedikləri diqqət çəkdi
-
Bu gün imtahan var
-
Elza Seyidcahan ailəsi ilə gəzintidə (Foto)
-
3 tərəvəzi yedikdən sonra şəkərli saqqız çeynəyin: Təzyiqi düşürməyin yeni yolu
-
Çıxarış olmadan mənzil alanlara xəbərdarlıq
-
Ev tikmək adı ilə 29 minini mənimsədi
-
Tramp: Hörmüzdə ödənişləri yalnız Vaşinqton tətbiq edə bilər
-
"Yayıblar ki, şeirə 2 min manat istəyib"





