Prezident İlham Əliyev: "Azərbaycanda innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı üçün əlverişli mühit mövcuddur"
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev XXV beynəlxalq "Bakutel 2019" telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisinin iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli sərgi iştirakçıları!
Sizi Bakı şəhərində XXV beynəlxalq "Bakutel 2019" telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisinin işə başlaması münasibətilə salamlayır, hər birinizə fəaliyyətinizdə uğurlar arzulayıram.
İyirmi beş ildir ki, təşkil edilən ənənəvi "Bakutel" sərgisi regionun informasiya və kommunikasiya texnologiyaları üzrə mötəbər tədbirlərindəndir. Sərgi təkcə Azərbaycanın deyil, eləcə də dünyanın bir çox ölkələri və aparıcı şirkətlərinin qabaqcıl texnologiyalar sahəsində ən yeni nailiyyətlərinin təqdim olunduğu mühüm platformaya çevrilmişdir.
Təqdirəlayiq haldır ki, Dünya İqtisadi Forumunun qlobal informasiya texnologiyalarına dair son hesabatında Azərbaycan informasiya-kommunikasiya texnologiyalarına verdiyi əhəmiyyətə görə 139 ölkə arasında 8-ci yerdə qərarlaşmışdır.
Ölkəmizdə innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı və cəmiyyətin bu texnologiyaların imkanlarından faydalanması üçün əlverişli mühit mövcuddur.
Telekommunikasiya sahəsində yeni texnologiyaların istifadəsi, xidmət şəbəkəsinin müasir standartlara uyğunlaşdırılması və yeni xidmətlərlə bağlı müvafiq işlər aparılır. Regionlarda müasir telekommunikasiya xidmətləri istiqamətində irimiqyaslı layihələr icra olunur. İnnovativ layihələrə dövlət dəstəyi bu sahənin potensialının artırılmasını, startapların genişlənməsini və təşəbbüskarlığın yüksəlməsini təmin edir, bu isə bütövlükdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına müsbət təsir göstərir.
Sərgidə bir çox yeni iştirakçıların da milli pavilyonlarla təmsil olunması beynəlxalq aləmdə özünəməxsus mövqe və nüfuza malik Azərbaycanla informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa artan marağın təzahürüdür.
Bu tədbir sizə qabaqcıl texnoloji nailiyyətlərin və yeniliklərin təqdimatı, biznes əlaqələrinin qurulması və təcrübə mübadiləsi ilə yanaşı, həmçinin ölkəmizi yaxından tanımağınıza şərait yaradır.
İnanıram ki, sərgi çərçivəsində görüşlər və fikir mübadiləsi yeni təşəbbüslərin meydana çıxması və müvəffəqiyyətlə gerçəkləşməsi baxımından əhəmiyyətli olub, qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəkdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qafqaz Albaniyasının xristian irsinin izləri Qarabağda və Azərbaycanın digər bölgələrində görünür - Hikmət Hacıyev
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
XƏBƏR LENTİ
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qafqaz Albaniyasının xristian irsinin izləri Qarabağda və Azərbaycanın digər bölgələrində görünür - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
Kanada Aİ-yə qoşula bilər?
-
“Neftçi” 1000-ci oyununa çıxacaq
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)





