Azərbaycan “Şərq-Qərb” nəqliyyat dəhlizinin kilid parçasına çevrilir - RƏYLƏR
Azərbaycan "Şərq-Qərb" nəqliyyat dəhlizinin kilid parçasına çevrilir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov "Bir kəmər, bir yol" layihəsini olduqca əlverişli layihə hesab edib.
O qeyd edib ki, "Bir kəmər, bir yol" (One Road One Belt) layihəsi Tarixi İpək Yolunun bərpasına hədəflənib.
Deputatın sözlərinə görə, bu layihə Çin məhsullarının bir neçə istiqamətdə qərb bazarlarına çıxarılmasını təmin edəcək. Bu isə öz növbəsində Çinin dünya iqtisadiyyatındakı dominant rolunu daha da artıracaq.
Azərbaycanın layihəyə verdiyi töhfənin danılmaz olduğunu vurğulayan C.Osmanov bildirib ki, Çinlə əməkdaşlıq region üçün böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyev də Azərbaycan-Çin münasibətlərinin daha da inkşaf etdirilməsini xüsusi diqqət mərkəzində saxlayır.
Milli Məclisin deputatı Tahir Rzayev isə Trend-ə açıqlamasında qeyd edib ki, Azərbaycanın nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırması və bir sıra əhəmiyyətli nəqliyyat layihələrini həyata keçirməsi Çin hökumətinin ölkəmizə olan marağını daha da artırıb:
"Çin və Azərbaycan arasında imzalanmış müqavilələr və artan ticarət dövriyyəsi iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini göstərir. Bu münasibətlər qarşılıqlı fayda və dostluq prinsipləri əsasında qurulub. Çin Azərbaycanın qeyri-neft sektorunun inkişafına böyük investisiyalar yatırmaqla yanaşı, ölkəmizə qeyri-neft sektoru məhsullarının ixracı üçün özünün geniş bazarlarını açır. Azərbaycan qeyri-neft sektorunun inkişafı istiqamətində daha böyük nailiyyətlər əldə etdikcə Çin-Azərbaycan münasibətlərinin inkişafı daha sürətlənəcək və daha geniş miqyasa malik olacaq. Çin-Azərbaycan münasibətlərində baş verən inkişaf iki ölkə arasında ticarət dövriyyəsinin də artmasına səbəb olub. Bunun nəticəsidir ki, artıq Çin Azərbaycanın 4 ən böyük ticarət tərəfdaşından biridir".
T.Rzayev əlavə edib ki, son illərdə Ələtdə Beynəlxalq Limanın və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, ölkəmizi Mərkəzi Asiyanı qərblə (Türkiyə və Avropa İttifaqı), Cənubi Asiyanı (İran və Hindistan) isə şimalla birləşdirən nəqliyyat qovşağına çevirir.
Deputat bu fikirdədir ki, Azərbaycanın planlaşdırılan bütün nəqliyyat infrastruktur layihələrini uğurla həyata keçirməsi, "Bir kəmər, bir yol" layihəsi ölkəmizə etibarlı tərəfdaş imici qazandırıb: "Müasirləşən nəqliyyat infrastrukturu, sabit və davamlı inkişaf edən sosial-iqtisadi vəziyyət və coğrafi cəhətdən spesifik ərazidə yerləşmə ölkəmizi Çinin regionda əsas tərəfdaşına çevirir:
"Adı çəkilən layihə çərçivəsində ölkəmizin qazanacağı iri həcmli gəlirlər Azərbaycanın daha da inkişaf etməsinə və qlobal ticarətdə önəmli tranzit ölkəyə çevrilməsinə yol açacaq. Bu faktor geosiyasi proseslərdə Azərbaycanın tədricən sözünün çəkisinin artmasına gətirib çıxara bilər".
Qeyd edək ki, Çindən Avropaya Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə hərəkət edən "China Railway Express" yük qatarı artıq İstanbulu da keçərək Marmara tuneli vasitəsilə Avropada hərəkət etməkdədir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
-
Qalib Bayramova hökm oxundu
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Gürcüstandan uçan təyyarə dənizə təcili eniş edib
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin





