Siyasət

Fərhad Abdullayev: "İslahatlar ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılmasını labüd edir"

9 Noyabr 2019 10:44
Baxış: 1 069

Fəaliyyətə başladığı dövrdən bu günə qədər Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 405 qərar və 111 qərardad qəbul olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

Onun sözlərinə görə, bu qərarlar və onlarda formalaşdırılmış hüquqi mövqelər Konstitusiyanın aliliyinin təmin olunmasına, Əsas Qanunda təsbit edilmiş insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir.Ölkə Konstitusiyası müstəqil dövlətimizin inkişafının əsas istiqamətlərini və prinsiplərini özündə ehtiva edən hüquqi sənəd kimi dövlət idarəetmə mexanizminin təməlinə çevrilərək Azərbaycan xalqının rifahına xidmət göstərir.

F.Abdullayev bildirib ki, bu gün məhkəmə sistemi vətəndaş cəmiyyətinin və beləliklə də, hüquqi dövlətin inkişafında özünəməxsus və əvəzedilməz rol oynayır. Məhkəmələrin üzərinə düşən vəzifələrin qanunvericiliklə müəyyən edilmiş qaydada effektiv şəkildə həyata keçirilməsi son nəticədə dövlətin adından qəbul edilən məhkəmə aktlarına cəmiyyətin etimadının gücləndirilməsi üçün xüsusi zəmin yaradır. Həyata keçirilən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlmiş islahatlar inzibati və iqtisadi sahələrdə ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılmasını labüd edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.