Siyasət

BƏƏ-nin iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

8 Noyabr 2019 16:57
0 Şərh     Baxış: 315

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan bin Said əl-Mansuri Azərbaycana səfər edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə BƏƏ-nin Azərbaycandakı səfirliyindən bildiriblər.

Məlumata görə, nazirin rəhbərlik etdiyi nümayəndə heyəti "Azərbaycan-BƏƏ" birgə ticarət forumunda iştirak edəcək. Forum isə noyabrın 11-13-də Bakıda keçiriləcək.

Qeyd edək ki, hazırda BƏƏ-nin 250-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir.

Milli.Az 

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.