Siyasət

"Müsavat"ın çirkin mühacir biznesi: yeni faktlar üzə çıxır - TƏFƏRRÜAT - FOTO

18 Noyabr 2019 10:00
Baxış: 3 080

"Hə, indisə gəlin, qarşı tərəfin nə dediyinə qulaq asaq". Ser Uinston Çörçilin britaniyalılara radio vasitəsilə xitabında o, yalan danışmaqda ustalaşmış lordları nəzərdə tuturdu. Bəhs edəcəyim insanlar isə özlərini az qala lord sansalar da, lümpen təfəkkürlü adamlardır. Daha doğrusu, siyasəti marginallaşdıran, tacirliklə və alverlə məşğul olanlardır.

Onlar Azərbaycan müxalifətinin radikalllaşmış düşərgəsində yaşayırlar.

Özlərinə sədr, başqan, lider, məşhur siyasətçi, nüfuzlu xadim və sair və ilaxır deyirlər.

Olsun, könülləri inciməsin deyə, fonemləri təftiş etməyək.

Lakin iş ondadır ki, radikal müxalifət qızdırmalı orqanizmə bənzəyir. Tərləyir, qıvrılır, səndirləyir, sayıqlayır, hərarət içində yanır. Səbəbsə bəlli: Almaniyada miqrant alveri, Şərqi Avropa və postsovet məkanı ölkələrindən, o cümlədən Azərbaycandan vətəndaşları aldadaraq onlara "Almaniyada oturum izni, siyasi qaçqın statusu, iş və yaxşı yaşam" vəd verərək pullarını alan, fırıldaqçılıqla məşğul olan mütəşəkkil cinayətkar dəstə tutulub.

Tutulanlar arasında 7 azərbaycanlı var ki, onların əksəriyyəti "Müsavat" Partiyasının üzvləridir.

"Müsavat"ın sədri - lideri, başqanı, təsərrüfat müdiri və ilaxır - Arif Hacılının "Anbardar Məmmədxan" kimi tanınmasından, partiya rəhbərliyinin vəsiqə və sənəd alveri ilə məşğul olmasından dəfələrlə bəhs etmişəm.

Aylar əvvəl faktlarla sübut etmişdim ki, A.Hacııl və ətrafındakı adamlar Avropadakı mühacirlərə vəsiqə satışı şəbəkəsindən əla xəbərdar olsalar da, bunu danırlar.

İndi iş biabırçı mərhələdədir.

ALDE (Avropa üçün Liberallar və Demokratlar İttifaqı) üzvü olan "Müsavat"ın Almaniyada reputasiyası elə bir rüsvayçı haldadır ki, alman polisi müsavatçı olduğunu demiş bütün (!) miqrantları təkrar, özü də əsaslı və müfəssəl şəkildə yoxlamağa başlayıb.

Almaniya mediasında yer alan xəbərlərə görə, "Müsavat" faktiki olaraq "şübhəli siyasi təşkilat" statusuna enib.

Aşağı Saksoniya, Bremen, Şlezviq-Qolşteyn, Hessen, Şimali Reyn-Vestfaliya, Brandenburq və Reynland-Pfalts əyalətlərində genişmiqyaslı reydlər keçirilib.

38 ev, mənzil və kommersiya obyektlərində axtarışlar aparılıb. Osnabrük prokurorunun adından verilmiş axtarış orderinə görə, mütəşəkkil dəstə Şərqi Avropa və postsovet məkanı ölkələrindən Almaniyaya qanunsuz olaraq miqrantları daşımaqda suçlanır.

Genişmiqyaslı reydlərdə 510 federal polis iştirak edib. Aparılmış axtarışlarda sənədlər, informasiya daşıyıcıları, noutbuklar, fləş-kartlar, böyük məbləğdə nağd pul və odlu silah aşkarlanıb.

İlkin məlumatlara görə, şəbəkə Almaniyada yaratdığı agentlik vasitəsilə Şərqi Avropa və postsovet ölkələrindən cəlb etdikləri şəxsləri qanunsuz, ucuz işçi qüvvə qismində yerli şirkətlərə "satırmış". Cinayətkarlar həmin miqrantlara Avropa Birliyi ölkələrinin saxta pasportlarını veriblər, onları dövlət qurumlarında və sığorta şirkətlərində qeydiyyata aldırıblar. Miqrantların hamısı Almaniyaya turist vizası ilə gətirilib.

Şəbəkə ucuz işçi qüvvə qismində satdığı miqrantlar üçün iş yerlərinin yaxınlığında sığınacaqlar da təşkil edibmiş.

Şimali Reyn-Vestfaliya və Hessendə 180 federal polisin apardığı əməliyyatda Almaniyaya sığınmış Azərbaycan vətəndaşı saxlanılıb. Köln, Düsseldorf, Frankfurt-Mayn və Visbaden şəhələrində 13 azərbaycanlının evində axtarışlar aparılıb.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı çox sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, Azərbaycanın hüquq-mühafizə orqanlarına aid möhür və ştamplar, eyni zamanda ümumilikdə 21 min avro nağd pul maddi sübut kimi götürülüb.

Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, azərbaycanlılardan ibarət cinayətkar dəstə sonuncu dəfə 20 Azərbaycan vətəndaşını 3 min və 10 min avro qarşılığında saxta sənədlərlə təmin edərək, onların qanunsuz yolla Almaniyaya gəlmələrinə kömək ediblər.

Tutulan şəxslərin ilkin siyahısı belədir:

1) Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.

2) İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri

3) Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini

4) Abdin Cavadov - Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu

5) Əlövsət Əliyev - "Legat" İnteqrasiya Mərkəzinin sədri

6) Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü

7) Elşən Abdullayev - Almaniyada yaşayan siyasi mühacir.

Koblens şəhər məhkəməsinin çıxardığı qərarda insan alveri ilә bağlı açılmış bir cinayәt işindә tәqsirlәndirilәn Azәrbaycan vәtәndaşlarının soyadları göstәrilir.

Bunlar Mehdi Xәlilbәyli, İlham Hәsәn (soyaddır), Abidin Cavadov vә başqalarıdır. Cinayәt işinә әsaslanmış sankiyadakı mәlumatların qısaldılmış forması belәdir:

Azәrbaycan vәtәndaşı, tәqsirlәndirilәn şәxs, M.Xәlilbәyli әn azı 2015-ci ildәn bәri pul müqabilindә, saxta sәnәdlәrlә Azәrbaycandan Almaniyaya qaçaq adamlar daşıyıb. Onların indiyә kimi mәlum olan sayı 60 nәfәrdir. Xәlilbәyli minlәrlә avro qarşılığında onlara saxta siyasi mühacir sәnәdlәri dә verib. Güya hәmin şәxslәr siyasi sәbәblәrdәn Azәrbaycanda tәqib olunurmuşlar.

O, gәtirdiyi adamlara özünün Almaniyada sözü keçәn biri kimi tәqdim edib. M.Xәlilbәyli qaçaq yolla gәtirdiyi adamlara mühacir işi ilә bağlı necә davranmaları ilә bağlı tәlimatlar verib. Bundan әlavә o, qurbanlarınln әlindәn hәqiqi sәnәdlәrini alıb.

Daha sonra hәmin şәxslәrin guya Azәrbaycanda siyasi sәbәbdәn izlәnmәlәri ilә bağlı saxta sәnәdlәri tәqsirlәndirilәn şәxs İlham Hәsәn vә tәqsirlәndirilәn Abidin Cavadovun vasitәsiylә әldә edib. İndiyә kimi әn az 50 bu cür iş görülüb vә bu yolla 300.000 avrodan çox pul әldә olunub.

İlham Hәsәn әn az 7 dәfә dolu paketdә M.Xәlilbəyliyә saxta sәnәdlәr göndәrib.

Çoxsaylı azәrbaycanlının ev vә ofislәrindә axtarışlara sәbәb istintaq dövrü toplanan bu cür mәlumatlar olub.

Bütün bunlar hələlik ilkin mərhələdə əldə olunmuş məlumatlardır.

"Müsavatın" Avropa Koordinasiya Mərkəzi (AKM) insan alveri və mühacir biznesindən külli miqdarda gəlir əldə edib.

Təəccüblü deyil ki, AKM rəhbərləri dəbdəbəli həyat sürüblər. Məsələn, onlardan birinin Almaniyanın Köln şəhərindəki Mainheim küçəsindəki yaşayış binasında üçotaqlı mənzili var, kirayəyə verilir.

Ümumiyyətlə, AKM bosslarının Almaniyanın müxtəlif şəhərlərində 4 mənzil aldıqları da sübut olunub.

Artıq neçə illərdir Müsavat rəhbərliyi, özəlliklə də Arif Hacılı və Gülağa Aslanlı, o cümlədən də onların ətraflarında olan bir sıra funksionerlər - Razim Əmiraslanlı, Səxavət Soltanlı, Rafiq İsmayıl (Sabunçu rayon təşkilatı), Vaqif Davud (Oğuz rayon təşkilatı), Nemət Kərimli (Binəqədi rayon təşkilatı) və bir neçə başqa rayon təşkilat sədrləri mühacirət biznesinə girişiblər.

Mexanizm sadədir: Avropaya mühacirət etmək istəyən vətəndaşları ən müxtəlif yollarla tapırlar, onlarla cinayət əlaqəsinə girərək, öncə onları partiyaya yazdırırlar, müəyyən kritik say düzələndən sonra, piket, ya da mitinq təşkil edib, onların fotolarını çəkdirirlər, sənədlərini hazırlayıb, bütün bunların əvəzində də pul alıb, Avropoya "müsavatçı" ixrac edirlər.

Avropada olarkən mənə məlum oldu ki, bəzi mühacirlər heç Müsavat Partiyasının üzvü deyillər. Amma sənədlər Müsavat Partiyasından verilib və onlar bu partiyanın biletini gəzdirirlər. Deməli, burada heç də primitiv bir arayışdan söhbət getmir.

Sosial şəbəkələrdə "Mühacir Müsavat" qrupu var. O qrupda olanlardan biri yazmışdı ki, iyun ayının 15-17-də Arif Hacılı Strasburqa mühacirlərdən pul almağa gələcək. Bundan başqa, siyasi mühacir və Arif Hacılının Avropadakı maliyyə məsələlərini kurasiya edən Eldəniz Yusibov status yazdı ki, başqan səfər edəcək. O, qrup üzvlərinə xatırladıb ki, Arif Hacılı ilə keçirəcəkləri görüşə gələn mühacirlər özləri ilə ianələr gətirsinlər. Lakin o, bu səhvini anlayaraq ikinci status yazdı və ianələr məsələsinə toxunmadı. Yəni özləri də etiraf edirlər ki, Arif Hacılıya pul verirlər. Öz başqanlarının cibinə pul qoymağı sistemləşdiriblər. Hətta zaman-zaman Azərbaycana pul da göndərirlər və o vəsait Arif Hacılıya çatır.

Şəbəkənin ən məhsuldar üzvü, əslində, ortağı Eldəniz Yusibovdur. Hollandiyada yaşayan Yusibov mühacirət biznesində olduqca fəaldır. Almaniyada, Belçikada, Hollandiyada olan yerliləri vasitəsi ilə Oğuz, Qəbələ rayonlarından olan vətəndaşların "müsavatçı" kimi Avropaya köçünü qüsursuz təşkil edir. Arif Hacılıya ən çox para qazandıran da məhz Eldəniz Yusibovdur. O, Almaniyanın Mainz şəhərində yaşayan yerlisi, qonşu rayonlusu Yusif Abulovun vasitəsi ilə yalnız son illərdə 30-dan çox oğuzlu və qəbələli ailəsini Avropaya gətirdə bilib. Hər birinə də Müsavat Partiyasindan üzvlük arayışı alıb.

Yəni "Müsavat" rəhbərliyinin mühacir biznesi sadəcə, Almaniya ilə kifayətlənmir.

Bunu artıq ən qatı, aqressiv və radikal müxalifətçilər də anlayırlar.

Məsələn, jurnalist Xədicə İsmayılova belə, Faceboook profilində yazıb: "Müsavat rəhbərliyində istefa mədəniyyəti də yoxdur üstəlik".

Bu açıqlamasından sonra A.Hacılının və G.Aslanlının dəstəsi X.İsmayılovanın üzərinə hücuma keçiblər. Onlar çox aqressiv, kobud ifadələrlə "rəqib"i susdurmağa çalışsalar da, "Müsavat"ın siyasi alver kontoruna çevrildiyini elə yazdıqları ilə bir daha sübut ediblər.

... "Müsavat"ın rəhbəri, yəni sədri və ya başqanı Arif Hacılı mətbuat konfransı keçirib sualları cavablamaq əvəzinə Facebook səhifəsində mızıldanır, kövrək açıqlamalar verir, hamını partiyaya və ona qarşı "qərəzli mövqe" tutmaqda suçlayır.

Halbuki A.Hacılıda siyasətçiliyin "s" hərfi olsa idi, çoxdan istefa verməli idi.

Belə rüsvayçılığa haqq qazandırmaqsa siyasi təlxəklikdir.

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.