Deputat: "Qanunsuz mitinq keçirməyə cəhd edən radikal müxalifət xalqın dəstəyini görmədi"
Ötən gün Bakıda qanunsuz mitinq keçirməyə cəhd edən radikal müxalifət xalqın dəstəyini görmədi.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Sona Əliyeva deyib.
Deputat bildirib ki, 100-150 adam xalqın iradəsini ifadə edə bilməz: "Ola bilər kimlərsə aksiyada iştiraka sövq edilir, lakin yaradılan qarşıdurmada xalqın düşüncə ifadəsini nümayiş etdirmək arzusu, heç bir elektorat tərəfindən qəbul edilməyəcək dərəcədə ansurd ideya idi.
Görünən və yaşanan isə budur. Xalq öz iradəsi ilə seçdiyi lideri Prezident İlham Əliyevə inanır, arxalanır. Cəmiyyət riyakarlıqdan uzaqdır. Bu danılmazdır, çünki Prezidentin xalqla görüşlərində yaşanan səmimiyyət, etiraf olunan rəğbət və sevgi bəlağəsiz bir şəkildə sadə insanların simasında əks olunur. Bunu görməmək isə, yəqin özünü aldatmaqdır".
Deputat bildirib ki, ümumiyyətlə, müxalifətin təşkil etdiyi aksiyalar xarakterinə görə xalqın maraqlarının müdafiəsi altında pərdələnən hakimiyyət davasından başqa bir şey deyil: "Hakimiyyətə gəlmək arzusunun köləliyi altında, ambisiyalarının reallaşması uğrunda insanları təhlükəyə atmaq, lazım gələndə istifadə etmək, böhtan atmaq, şərləmək isə artıq vərdişə çevirlmiş ənənələrdəndir. Asayişi, insanların rahatlığını pozmaq, təhlükəyə atmaq isə həm də məsuliyyət hissinin olmamasından qaynaqlanır.
Bütün dünyda olduğu kimi, təbii ki, cəmiyyətin var olduğu müddətdə bu kimi aksiyaların olması labüddür, necə ki, bu həm də ictimai asayişi qorumaq üçün polisin müdaxiləsini labüd edir. Təhlükəsizliyimizin təmini bizim qazanılmış hüququmuzdur. Dünyanın hansı ölkəsində qanunsuz aksiyaların qarşısı alınmır? Ən inkişaf etmiş ölkələrdə belə bu normal hal sayılır.
Ümid edək ki, bu qarşıdurma özünü milliyyətçi adlandıraraq, xarici mərkəzlərin maliyyəsi və təlimatları əsasında xalqı xaosa sürükləmək panının bir hissəsi deyil. Xaqlı mənfi rəyə bağlamaq, onu aqresiyayya yönəltmək özü cinayətdir. Reallıqda isə müxalifətin apardığı işin ana xəttini bu missiya təşkil edir".
S.Əliyeva bildirib ki, bu gün Azərbyacan Prezidentinin qətiyyəti, siyasi iradəsinin nəticəsidir ki, Azərbaycan bəzi müsəlman dövlətlərinin taleyini yaşamır: "Bizi isə xilas edən xalq və hakimiyyətin birliyidir. Adı müxalifət, özü isə hamıya müxalif olan bir qrupun siyasi mənzərəyə neqativ müdaxiləsi isə cəmiyyət üçün yersiz narahatçılıqdan başqa bir şey deyil.
Öz içində düşmən niyyətləri dərk edən insan öz riyakarlığı ilə heç kəsi aldada bilməz. Daxilində düşmənçilik, nifrət və böhtan kimi mənfi emosiylarla yüklənmiş bir qrup müxalifətçi birmənalı olaraq öz riyakarlığı ilə Azətbaycan xalqını aldada, ictimai rəyi çaşdıra bilməz. Siyasi xaosun yaşandığı müstəqilliyin ilk illərində hamı nələrin yaşandığını, ictimai-siyasi, sosial həyatın mürəkkəbliyini, sadə məişət preoblemlərinin həllinin belə əlçatmaz olduğunu yaxşı xatırlayır. Yəqin ki, psixoloji immuniteti olan hər bir kəs eyni sarsıntıları bir daha yaşamaq istəməz. Bu məsələnin ən sadə reallığını ehtiva edən bir hissəsidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)





