Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Latviya Respublikasının sabiq Prezidenti Raymonds Veyonislə görüşüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qonağı salamlayan Prezident İlham Əliyev dedi:
- Sizi görməyimə şadam. Xoş gəlmisiniz.
Raymonds Veyonis: Yenidən Bakıda olmaq xoşdur.
Prezident İlham Əliyev: Mən öyrəndim ki, siz ölkəmizdə səfərdəsiniz. Sizi görməyimə çox şadam.
Raymonds Veyonis: Dünən gəlmişəm və iki mühazirə oxumuşam.
Prezident İlham Əliyev: Bəli, bilirəm, ADA-da.
Raymonds Veyonis: Təkcə ADA-da deyil, həm də Qərbi Kaspi Universitetində.
Prezident İlham Əliyev: Çox yaxşı.
Raymonds Veyonis: Mən Azərbaycan və Latviya tarixi, mədəni əməkdaşlıqla bağlı fikirlərimi bildirdim.
Prezident İlham Əliyev: Mən bizim birgə işimizi xatırlayıram. Sizin Azərbaycana rəsmi səfərinizi, mənim Latviyaya rəsmi səfərimi xatırlayıram. Düşünürəm ki, birgə fəaliyyətimiz ərzində biz münasibətlərimizi irəli aparmağa nail olmuşuq.
Raymonds Veyonis: Çox iş görmüşük.
Prezident İlham Əliyev: Biz siyasi, eləcə də iqtisadi əlaqələr baxımından çox iş görmüşük. Mən, həmçinin şadam ki, biz razılaşdırdığımız bütün işləri həyata keçirmişik. Xatırlayıram ki, ölkənizə son səfərim zamanı biz Azərbaycan Ticarət Evinin açılması ilə bağlı sizinlə razılığa gəldik.
Raymonds Veyonis: Bəli, Ticarət Evi.
Prezident İlham Əliyev: Bir müddət sonra o açıldı. Bu, sizin regionda ilk Azərbaycan Ticarət Evidir. Hazırda bizim Polşada, Çində, Rusiyada, Ukraynada, Birləşmiş Ərəb Əmirliklərində, bəzi başqa ölkələrdə ticarət evlərimiz var. Mən şadam ki, sizin regionunuzda bu, Latviyadadır, çünki bizim həqiqətən də sıx əlaqələrimiz var. Bildiyiniz kimi, Latviyanın sabiq Prezidenti xanım Vike Freyberqa da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi çox fəaldır. Beləliklə, əlaqələrimizin yaxşı tarixçəsi var. Əminəm ki, qarşıdakı illərdə ölkələrimiz sıx əməkdaşlığı davam etdirəcək.
Raymonds Veyonis: Əlaqələr, həqiqətən də, çox yaxşıdır. Bu gün tələbələrə dediyim kimi, biz həqiqətən də müxtəlif səviyyələrdə hər zaman inkişaf etdirilməsi mümkün olan əla tərəfdaşlığa ümid bəsləyirik və düşünürəm ki, hər iki tərəf bu tərəfdaşlıqdan zövq alacaq. Bizim ölkəmiz üçün Azərbaycan bu regionda çox yaxın strateji tərəfdaş olub, tərəfdaşdır və tərəfdaş olacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Foto)
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Bakı ətrafında ən ucuz torpaqlar haradadır? - Qiymətlər
-
144,9 ha ərazi minalardan təmizlənib
-
Nazirdən şad xəbər: Onlara 20 min manatadək pul verilə bilər
-
Bakıda arvadını pul vermədiyi üçün tava ilə döydü





