Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanıda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 13-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yeni salınan istirahət parkında yaradılan şəraitlə tanış olub.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dörd ay əvvəl paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinə gələn Birinci vitse-prezident burada görülməsi vacib olan sosial və infrastruktur işlərinin qısa vaxt ərzində həyata keçirilməsi ilə bağlı göstərişlərini vermişdi. Bunlardan biri qəsəbə sakinləri üçün salınan yeni istirahət parkıdır.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev parkda yaradılan şəraitlə tanış olan Birinci vitse-prezident Mehriban Əliyevaya görülən işlər barədə məlumat verdi. Yeni park Zeytunluq adlanan ərazidə yerləşir. Ərazisi 2,6 hektar olan bu istirahət məkanındakı zeytun ağacları 30-35 il əvvəl əkilib. Həmişəyaşıl, insan sağlamlığı üçün faydası hamıya bəlli olan bu qiymətli bitkilərə xüsusi qulluq göstərilib.
Onu da deyək ki, bu vaxta qədər Kürdəxanı qəsəbəsində park olmayıb, ərazi baxımsız vəziyyətdə idi. Bu gündən isə əhalinin istirahəti üçün lazımi şəraitlə təmin edilən yeni park sakinlərin istifadəsindədir. Ərazidə abadlıq işləri aparılıb, sahə dekorativ hasara alınıb, işıq dirəkləri, oturacaqlar, uşaqlar üçün oyun meydançası quraşdırılıb, "Zeytun" kafesi inşa edilib.
Heç şübhəsiz ki, Kürdəxanı qəsəbəsində yaradılan yeni park sakinlərin sevimli istirahət guşələrindən birinə çevriləcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın beynelxalq mövqeyi: müharibədən sülhə, regional gücdən qlobal nüfuza
-
Ərdoğan Bayramovu qəbul etdi
-
Ermənistan sülh üçün zəruri addımlar atmalıdır - Ceyhun Bayramov
-
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
-
Rusiyaya qarşı 1569 sanksiya: Brüsselin böyük səhvi üzə çıxdı
-
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
U-15 dünya çempionatı: İspaniya çempion olub
-
“Çəhrayı addım at!” şüarı altında süd vəzi xərçəngi ilə mübarizə ayına həsr olunmuş yekun görüş başa çatıb - (Foto)
-
Sergey Lavrovun təyyarəsi 20 saatdan çox havada qaldı
-
Yenidən sədr və müavin oldular
-
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - (Foto)
-
Azərbaycanın beynelxalq mövqeyi: müharibədən sülhə, regional gücdən qlobal nüfuza
-
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
-
Ramiz Mehdiyevlə bağlı bu qərar təsdiqləndi
-
ADSEA Yengicə su anbarı və Şirvan suvarma kanalının tikintisi çərçivəsində mediatur təşkil etdi - (Foto)
-
Ərdoğan Bayramovu qəbul etdi
-
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
-
Hadise səhnə geyimi ilə yenidən gündəmdə - (Video)
-
Mürvət Həsənli "Tərəqqi" medalı ilə təltif edilib
-
Hörmüz boğazında iki tankerdə yanğın baş verdi
-
Şəbnəm Tovuzlu: "Keçmiş baldızımla bacı kimiyəm"
-
Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
-
Azərbaycan Kubokunda qol rekordu: 18 oyunda 107 qol vuruldu
-
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb - (Foto)
-
Ermənistan sülh üçün zəruri addımlar atmalıdır - Ceyhun Bayramov
-
Prezident İlham Əliyev kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif edib
-
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
-
Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub - (Yenilənib)
-
30 həşərata 22,7 min manat ödənildi - Ölkəmizə gətirilmə səbəbi açıqlandı
-
Fanatı əməkdar artistə çətin anlar yaşatdı: "Ev ünvamı da tapıb" - (Video)





