Siyasət

XİN: Azərbaycan Krımda keçirilən hər hansı “seçkilər”i tanımır

12 Sentyabr 2019 17:37
Baxış: 385

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Krım yarımadasında keçirilmiş qondarma "yerli seçkilər"i şərh edib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, şərhdə deyilir:

"Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə də, Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı "seçkilər"i tanımır".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.