Siyasət

Azərbaycanın solçu partiyası parçalandı

13 Aprel 2010 16:19
Baxış: 301
Partiyanın mətbuat xidmətindən Milli.Az-a veriklən məlumata görə, bu barədə AMSP fəallarının yığncağında qərar qəbul edilib.

Yığıncaq AMSP fəallarının AXSP tərkibində sistemli bir fraksiya kimi birillik işinin nəticələrinə, həmçinin Azərbaycanın sol hərəkatındakı vəziyyətə həsr olunub. Keçən bir il müddətində AXSP sədrinin ictimai əlaqələr üzrə müavini olmuş AMSP sədri Rüstəm Şahsuvarov AMSP fəalları qarşısında çıxış edib.  

Yığıncaq iştirakçıları qeyd ediblər ki, AMSP fəalları AXSP tərkibində müasir dünyanın demokratik dəyərlərinə əsaslanan sosializm ideologiyasının inkişafı, habelə Azərbaycanın sol hərəkatında sosialist cərəyanı gücləndirmək naminə konstruktiv işlər görüblər. Bildirilib ki, AXSP tərkibində bir fraksiya kimi özlərinin birillik fəaliyyəti zamanı AMSP fəalları ən məsuliyyətli vəzifələr tutublar - onlar, AXSP sədrinin ictimai əlaqələr və təşkilati işlər üzrə müavinləri, AXSP rəyasət heyətinin üzvləri, habelə partiyanın komitə və komissiyalarının rəhbər və üzvləri olublar. Onların işinin effektli olması qeyd edilib. Həmçinin qeyd edilib ki, Azərbaycanın sol hərəkatındakı vəziyyət hazırda sosialist istiqamətli partiyaların öz fəaliyyətini paralel, lakin müxtəlif, müstəqil xətlərlə davam etdirməsini tələb edir. Bununla əlaqədar belə bir təklif müzakirə edilib ki, AXSP-dən əvvəl, 1 may 2008-ci il tarixdə yaradılmış AMSP-nin müstəqil fəaliyyəti bərpa olunsun.  Nəticədə  AMSP-nin bir müstəqil sol partiya kimi fəaliyyətinin tam miqyasda bərpa edilməsi haqqında qərar qəbul edilib.

Rüstəm Şahsuvarov AMSP sədri kimi 14 aprel 2009-cu ildən əvvəl də olduğu kimi öz fəaliyyətini davam etdirib.

AMSP yığıncağı həmçinin partiyanın "Azərbaycanın sol sosialistləri" müstəqil ekspert qrupu ilə əməkdaşlığı haqqında da qərar qəbul edib.

AMSP həmçinin Azərbaycanda sosialist hərəkatın inkişafı naminə AXSP və başqa sol partiyalarla konstruktiv əməkdaşlıq və mehriban yoldaşlıq münasibətlərinin saxlanması və gücləndirilməsi haqqında qərar qəbul edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.