Deputat: "Bu qüvvələrin məqsədi Azərbaycanın imicinə xələl gətirməkdir"
MİQ-29 təyyarəsinin qəzaya uğrama səbəbləri ilə bağlı dövlətin rəsmi mövqeyini şübhə altına almağa cəhd etmək Azərbaycanı sevməyən qüvvələrin işidir.
Milli.Az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, bəzi qüvvələr bu hadisəni siyasiləşdirməyə çalışırlar: "Əlbəttə ki, pilotumuzun həlak olması bizi çox kədərləndirir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu cür hadisələr dünyanın hər yerində baş verir. Çox təəssüf ki, bizdə də belə hadisə yaşandı. Əfsuslar olsun ki, Azərbaycanı sevməyən qara qüvvələr, radikal müxalifət bu hadisəni siyasiləşdirməyə çalışır. Onların məqsədi Azərbaycanın imicinə xələl gətirməkdir".
Deputat vurğulayıb ki, qəzada həlak olan pilotumuzun yaxınları da onların bu hərəkətini qətiyyətlə pislədi: "Təbii ki, bu qüvvələrin vahid məqsədi var - Ölkədə hər hansı bir hadisə baş verirsə, çalışırlar ki, onu siyasiləşdirsinlər və Azərbaycan dövlətinə qarşı istifadə etsinlər, insanlarda çaşqınlıq yaratsınlar. Əslində, cəmiyət yaxşı başa düşür ki, təlim-məşq zamanı belə hadisələr baş verə bilər. Bu hadisəni siyasiləşdirmək istəyən qüvvələr isə bunu ölkədə sabitliyi, inkişafı gözü götürməyən dairələrin diqtəsi ilə edirlər. Hesab edirəm ki, bu qüvvələr heç nəyə nail ola bilməyəcəklər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)





