Vüqar Rəhimzadə: "Dağıdıcı müxalifət üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər kimi anlayışlar çoxdan yadlaşıb"
"Bu gün dağıdıcı müxalifət ənənəsinə sadiq qalaraq, bütün vasitələrdən istifadə etməklə ölkədə qarışıqlıq yaratmağa çalışır, erməni və ermənipərəst qüvvələrin təsiri altında öz fəaliyyətini davam etdirir. Artıq belələri üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər kimi anlayışlar çoxdan yadlaşıb. Məqsəd isə birdir - onlara verilən "tapşırıqları" icra etmək, bunun müqabilində "xarici dayılarından" qrantlar qoparmaq... Şübhəsiz ki, xalq artıq dağıdıcıların bu manevrlərini çoxdan başa düşüb və onların əsl niyyətlərini yaxşı bilir. Bu gün sosial şəbəkələrdə "qəhrəmanlıq" edən belələri elə bu məkanda ayrı-ayrı insanların haqlı təzyiqlərinə məruz qalır, düz söz qarşısında əxlaqsızlıq nümayiş etdirirlər".
Bu fikirləri Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
V.Rəhimzadə bildirib ki, dağıdıcıların real həyatda olduğu kimi, artıq virtual məkanda da sosial dayaqları, müdafiəçiləri yoxdur: "Bu il iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn mərasimi ilə bağlı dağıdıcı müxalifətin "düzənlədiyi" şou hərbçimizin ruhuna çox böyük hörmətsizlikdir. Bu amil bir daha sübut edir ki, onlar üçün milli-mənəvi dəyərlər adında bir şey yoxdur. "Siyasi işbaz" Əli Kərimli bu dəfə də baş verən hadisədən şou yaratmağa cəhd edib, bununla özünə xal qazanmağa çalışıb. O, hərbçilərin dəfn mərasimində müxalifətin iştirakının əngəlləndiyini bildirib və buna görə hakimiyyəti günahlandırıb. Ancaq onun bu cəhdi də uğursuz olub".
"İki sahil" qəzetinin baş redaktoru vurğulayıb ki, Əli Kərimli və onun kimilərin xalq tərəfindən dəstəklənməməsinin bir sıra səbəbləri var: "2016-cı ilin aprel hadisələri zamanı xalqımız böyük zəfərə sevindiyi halda, Əli Kərimli kimilər qələbənin mahiyyətini təhrif etməyə, ordumuzun uğuruna kölgə salmağa çalışdırlar. Dağıdıcılar aprel döyüşləri zamanı şəhid olan hərbçilərimizin dəfn mərasimlərində iştirak edərək öz çirkin niyyətlərini həyata keçirməyə çalışırdılar. Bununla onlar şəhidlərin ruhuna, onların doğmalarına, əzizlərinə qarşı böyük sayğısızlıq sərgiləyirdilər. Ona görə də insanlar Əli Kərimli və onun kimilərin səmimiyyətinə inanmır, haqlı olaraq onları görmək istəmirlər. Bu kimi amillər isə Əli Kərimli və onun dəstəsində böyük aqressiyaya səbəb olur və son nəticədə içlərindəki bütün kini, nifrəti xalqa, dövlətə tərəf çevirirlər. Bu və digər amillər bir daha Əli Kərimlinin yaramaz ünsür olduğunu nümayiş etdirir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
-
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib - (Video/Foto)
-
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
XƏBƏR LENTİ
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
-
Park Cinema artıq “Sea Breeze”də!
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
57 yaşlı Ceylodan cazibədar Fotolar
-
Bakı Dəmiryol Vağzalında 11 yeni turniket quraşdırıldı
-
İkinci sertifikasiya kimlərə şamil olunacaq?
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Əşrəf Dahruc vəfat etdi
-
Məktəblərdə dərs saatları dəyişdirilə bilər
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Müəllimlərin geyim qaydaları dəyişir? - Nazirlikdən açıqlama
-
90 min şəxsin maaşı artacaq - Nazir açıqladı
-
Monqolustan prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı – (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Hakan Fidan Azərbaycana gəlir





